Kür və Araz çaylarında suyun səviyyəsi düşmüşdür
Bakı, 24 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən oktyabrın 24-də çaylarda sululuqla bağlı aparılan araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-145, Kiçik Qafqaz çaylarında 60-80, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil etmişdir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində, eləcə də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.
Kür çayının aşağı axınındakı məntəqələrdə suyun səviyyəsinin azaldığı müəyyən edilmişdir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 22 sm azalmışdır.
Hazırda Kürün Surra məntəqəsində suyun səviyyəsi 309, Şirvanda 169, Salyanda 149, Bankədə 199, Araz çayının Novruzlu məntəqəsində isə 90 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]