Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürçülü kəndi müasir yaşayış məntəqələrinin sırasına qoşulub

Şərur, 6 oktyabr, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin quruculuq xətti Azərbaycanı davamlı inkişaf yoluna çıxarıb. Sabitlik və sürətli sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri və açılan yeni iş yerləri bu gün ölkəmizin əsas inkişaf göstəriciləridir. Həyata keçirilən tədbirlər yaşayış məntəqələrinin davamlı inkişafını təmin edib, əhalinin rifahı yüksəldib. Son illər Şərur rayonunun quruculuq tədbirləri aparılan kəndləri də öz simasını dəyişərək müasir yaşayış məntəqələrinə çevriliblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 6-da Şərur rayonunun Kürçülü kəndində yeni sosial obyektlər istifadəyə verilib.

Kürçülü kənd tam orta məktəbi yeni

binada fəaliyyət göstərəcək

Oktyabrın 6-da Kürçülü kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Məktəbin direktoru Zülfiyyə Məmmədova çıxış edərək deyib ki, kənddə istifadəyə verilən sosial obyektlər sırasında yeni məktəb binasının da olması müəllimlərin sevincinə səbəb olub. Bu gün hər bir müəllim muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı ilə fəxr edir, qürur hissi keçirir. Məktəbdə yaradılan müasir tədris şəraiti kollektivin məsuliyyətini daha da artırır. Zülfiyyə Məmmədova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kürçülü kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Azərbaycanda gənclərin təhsilinə və sağlam böyüməsinə ciddi diqqət yetirilir. Dövlət tərəfindən təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, dövlət proqramları qəbul edilərək icra olunur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hər il ölkəmizdə müasir məktəb binaları tikilərək istifadəyə verilir, təhsil sahəsində yeni nailiyyətlər qazanılır. Artıq ümumtəhsil məktəblərini bitirən gənclər Azərbaycanın və dünyanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirirlər. Bu tədbirlərlə yanaşı, ölkəmizdə peşə təhsilinin inkişafı da diqqət mərkəzində saxlanılır, peşə məktəbləri tikilir, gənclərin peşə sahibi olması istiqamətində ardıcıl tədbirlər görülür.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Gənc nəslin tərbiyəsinə və təhsilinə ciddi fikir versək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq”, - fikrini xatırladaraq deyib: Bu gün yetişən gənclik ölkəmizin gələcəyidir. Ona görə də məktəblərdə dərs prosesi, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət əsasında qurulmalıdır. Şagirdlər müəllimə şəxsiyyət kimi, müəllimlər isə şagirdə gələcəyin qurucusu kimi baxmalıdır. Kürçülü kənd tam orta məktəbində bu proseslərin tənzimlənməsi üçün lazımi şərait yaradılmış, müasir tədris avadanlıqları kollektivin istifadəsinə verilmişdir. Müəllimlər bu avadanlıqlardan səmərəli istifadə etməli, tədrisin keyfiyyəti artırılmalı, şagirdlər keçirilən dərsləri qavrama yolu ilə mənimsəməlidirlər.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərin başlıca məqsədi ondan ibarətdir ki, gələcəyimizin qurucuları olan gənclər təhsilli və vətənpərvər böyüdülsünlər. Kürçülü kənd tam orta məktəbi üçün müasir binanın tikilib istifadəyə verilməsi də bu məqsədə xidmət edir. Ona görə də müəllim və şagirdlər üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Müəllimlər bilməlidirlər ki, onlar gələcəyin qurucularını hazırlayırlar. Şagirdlər isə bilməlidirlər ki, onlar gələcəyin qurucuları kimi yetişməlidirlər.

Ali Məclisin Sədri bu vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb və təhsil sahəsində qazanılan nailiyyətlərə görə təşəkkür edib.

Sonra Ali Məclisin Sədri Şərur rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 38 şagirdə kompüter dəsti hədiyyə edib və açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, ikimərtəbəli bina 234 şagird yerlikdir. Məktəbdə 13 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 4 elektron lövhəli sinif, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Laboratoriyalarda ən müasir təcrübə avadanlıqları və əyani vasitələr qoyulub. Məktəbin kitabxanasında 1815 dərslik və 2008 bədii ədəbiyyat vardır.

Muxtar respublikada elektron təhsilin tətbiqi sahəsində ardıcıl tədbirlər görülür. İstifadəyə verilən məktəb binalarında elektron lövhələr quraşdırılır, kompüter sinifləri yaradılır, internetə çıxış təmin olunur. Kürçülü kənd tam orta məktəbində də 4 elektron lövhə quraşdırılıb, kompüter otağında internetə qoşulan 19 kompüter dəsti qoyulub.

Elektron lövhəli sinifdə muxtar respublikanın 221 məktəbi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında distant dərs keçirilib.

Ali Məclisin Sədri sinif otaqlarında olub, dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, bu il Kürçülü kənd tam orta məktəbində birinci sinfə 14 şagird qəbul olunub.

Son illər muxtar respublikada şahmatın tədrisinə xüsusi diqqət yetirilir, gənclərdə erkən yaşdan əqli idman növünə maraq formalaşdırılır. Məktəblərdə istifadəyə verilən şahmat otaqları bu sahədə işlərin daha səmərəli təşkilinə imkan verir. Zəruri avadanlıqlarla təchiz edilən şahmat otağında şagirdlər şahmatın sirlərinə yiyələnəcəklər. Geniş idman zalında isə gənclərin digər idman növləri ilə məşğul olması üçün şərait vardır.

Şagirdlərin hərbi hazırlığının artırılması vacib şərtdir. Kürçülü kənd tam orta məktəbində bununla bağlı lazımi tədbirlər görülüb, hərbi kabinə əyani tədris vasitələri ilə təchiz edilib.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib: Məktəb gənclərə təhsil verməklə yanaşı, həm də onlara müstəqil qərar qəbul etməyi öyrədir. Ümumtəhsil məktəblərini bitirən gənclər gələcəkdə mütləq bir peşə sahibi olmalıdırlar. Bu da müəllimlərin üzərinə düşən əsas vəzifədir. Müəllimlər şagirdlərlə fərdi qaydada məşğul olmalı, təhsil verməklə yanaşı, həm də onları gələcəyə hazırlamalıdırlar. Ölkəmizdə bu vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmışdır. Təhsilin inkişafına hərtərəfli qayğı göstərilir, müəllimlərin əməkhaqqıları artırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 2 oktyabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasından olan 4 müəllim “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” fəxri adına, 4 müəllim isə “Tərəqqi” medalına layiq görülmüşdür. Bütün bunlar müəllimlərin məsuliyyətini daha da artırmalı, təhsilin səviyyəsi yüksəldilməlidir.

Müəllimlər adından minnətdarlıq edən Rəşadə Seyidova deyib ki, Şərur rayonunda müasir təhsil infrastrukturu yaradılır. Müasir məktəb binalarının tikilib istifadəyə verilməsi və yeni elektron tədris vasitələrinin tətbiqi təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olub. Bütün bunlar müəllimləri daha səylə işləməyə, intellektli, vətənpərvər və təhsilli gənclər yetişdirməyə ruhlandırır.

Kürçülü Kənd Mərkəzi istifadəyə verilib

Oktyabrın 6-da Kürçülü kəndində yeni kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını bildirən lenti kəsib və binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan binada kənddə fəaliyyət göstərən dövlət qurumlarının hər biri üçün ayrıca iş otaqları ayrılıb. Mərkəzdə rabitə evi, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, klub və 51 yerlik iclas zalı vardır.

Birinci mərtəbədəki rabitə evində kənddə 384 nömrəlik ATS quraşdırılıb, yeni poçt bölməsi yaradılıb. Binada Kürkənd və Kürçülü kəndlərini əhatə edən polis sahə və baytarlıq məntəqələri üçün yaradılan şərait müvafiq sahələr üzrə xidmətin təşkilinə imkan verəcəkdir.

Zəngin fondu ilə seçilən kitabxanada 4802 kitab vardır. Kənd mərkəzində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün də nümunəvi iş şəraiti yaradılıb. Baxış zamanı məlumat verilib ki, Yeni Azərbaycan Partiyası Kürçülü kənd ərazi ilk təşkilatının 108 üzvü vardır. Onlardan 42-si gənc, 16-sı isə qadınlardır.

Kənd yaşayış məntəqələrində yeni tibb müəssisələrinin tikintisi, onların müasir avadanlıqlarla təchiz olunması və kadr təminatı muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının mühüm istiqamətlərindəndir. Kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün lazımi dərman preparatları, müayinə və peyvənd çantaları qoyulub, 3 iş otağı istifadəyə verilib. Ali Məclisin Sədri kənddə tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Kürçülüdə yeni xidmət mərkəzi

inşa olunub

Oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənddəki xidmət mərkəzinin də açılışını edib.

Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazası fəaliyyət göstərir. Burada 5 nəfər işlə təmin olunub.

Baxış zamanı qeyd olunub ki, xidmət mərkəzinin üstün cəhətlərindən biri də kənddə istehsal olunan məhsulların burada satışa çıxarılmasıdır. Bu da əhalinin keyfiyyətli məhsullarla təminatına imkan verir.

Həmin gün Ali Məclisin Sədri kənd sakinləri ilə də görüşüb.

Sakin Yusif Cəfərov minnətdarlıq edərək deyib: Hər bir yaşayış məntəqəsinin, xüsusilə kəndlərin inkişafı davamlı olarkən insanlar da rahat və firavan yaşayır. Bu gün muxtar respublikanın kəndlərinə, şəhərlərinə nəzər salarkən inkişafın, müasirliyin və rahat yaşayışın şahidi oluruq. Artıq kəndlərdə şəhər rahatlığı yaradılıb. Kürçülüdə aparılan quruculuq işləri, istifadəyə verilən yeni obyektlər sakinləri sevindirir. Dövlətin qayğısını daim üzərimizdə hiss edirik. Sabitlik və əmin-amanlıq şəraitində yaşayırıq. Hər bir insan üçün bundan böyük sərvət yoxdur. Ulu Öndərimizin siyasi xəttinin davam etdirilməsi ölkəmizi, onunla birlikdə isə doğma Naxçıvanımızı daha böyük inkişafa qovuşdurub. Ona görə də hər bir sakin qarşıdan gələn Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ulu öndər Heydər Əliyevin yoluna, ölkəmizin davamlı inkişaf və tərəqqisinə səs verəcəkdir.

Ali Məclisin Sədri deyib ki, Kürçülü kəndində həyata keçirilən tədbirlər, aparılan genişmiqyaslı quruculuq işləri dövlətin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Kənddə insanların rahat yaşaması, öz təsərrüfatları ilə məşğul olması üçün bütün imkanlar yaradılıb. Bütün bu tədbirlərin həyata keçirilməsi ümumilikdə ölkəmizin inkişafına və daha da möhkəmlənməsinə xidmət edir. Sakinlər tikilənləri, qurulanları, kəndin bugünkü abadlığını qoruyub saxlamalı, məskunlaşma artmalıdır.

* * *

Kürçülü kəndində 2 kilometr uzunluğunda avtomobil yoluna asfalt örtük salınıb, yolun müxtəlif hissələrinə çınqıl qatı verilib, 8 su keçidi və beton kanal tikilib. Kəndin rabitə sistemi yenilənib, 2 min metr məsafədə fiber-optik kabel xətti çəkilib. Elektrik enerjisinin və təbii qazın dayanıqlı verilişi də təmin edilib, 2200 metr elektrik və 1130 metr qaz xətti çəkilib. Həmçinin ərazilərin qrunt sularından təmizlənməsi məqsədilə qapalı drenaj sistemi də qurulub.

Kürkənddə yeni məscid istifadəyə verilib

Kürkənd Şərur rayonunun abad yaşayış məntəqələrindəndir. Ötən il kənddə quruculuq işləri aparılıb, yeni sosial obyektlər istifadəyə verilib. Həyata keçirilən quruculuq tədbirlərinin davamı olaraq bu il Kürkənddə yeni məscid binası da inşa olunub.

Oktyabrın 6-da Kürkənd məscidi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Kürçülü kəndində məktəb binası, kənd və xidmət mərkəzlərinin, Kürkənddə isə məscid binası və ehsan evinin istifadəyə verilməsi ölkəmizdə bütün sahələrin inkişafına göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Kənddə şagirdlərin yaxşı təhsil alması, sakinlərin müasir rabitə xidmətindən istifadə etməsi, onların sağlamlığının qorunması və dövlət qurumlarının səmərəli fəaliyyəti üçün bütün imkanlar yaradılmışdır. Bu gün yeni məscid binasının istifadəyə verilməsi isə ölkəmizdə dini-mənəvi dəyərlərə göstərilən qayğının davamıdır.

Ali Məclisin Sədri deyib: Din mənəviyyat deməkdir. İnsanın həyatda düzgün yol seçməsində, mənəvi aləminin zənginləşməsində dini dəyərlərin mühüm rolu vardır. Bu dəyərlərin qorunub yaşadıldığı mənəviyyat ocaqlarından biri də məscidlərdir. Bu müqəddəs yerlərdə insanlar mənəvi saflıq ətrafında birləşirlər.

Ali Məclisin Sədri muxtar respublikada dini-mənəvi dəyərlərin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Kənd ağsaqqalı Fəxrəddin Həsənov sakinlər və dindarlar adından minnətdarlıq edərək deyib ki, muxtar respublikada dini-mənəvi dəyərlərə xüsusi qayğı göstərilir. İslami dəyərlərə hörmət və ehtiramla yanaşılır. Şəhər və kəndlərdə yeni məscid binaları tikilərək istifadəyə verilir. Kürkəndin quruculuq xəritəsinə daxil olan məscid binasında da lazımi şərait yaradılıb. Kənd ağsaqqalları, dindarlar bu qayğını yüksək qiymətləndirirlər.

Ali Məclisin Sədri məscid binasında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 144 kvadratmetr sahəsi olan məscid binası zal və minarədən ibarətdir. İki hissədən ibarət olan zalda qadın və kişilərin ayrı-ayrılıqda ibadət etməsi üçün şərait yaradılıb.

Sonra Ali Məclisin Sədri Kürkənddə yeni tikilən ehsan evinə də baxıb.

Məlumat verilib ki, ümumi sahəsi 160 kvadratmetr olan ehsan evi zal və mətbəxdən ibarətdir. Binaya su, elektrik və qaz xətləri çəkilib, mətbəx zəruri inventarla təchiz edilib. Binanın ətrafında da abadlıq işləri görülüb, 450 metr yola asfalt örtük salınıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib