Kürdəxanıda məskunlaşmış məcburi köçkünlər üçün hüquqi yardım göstəriləcək
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vacib məsələlərdən biri də aztəminatlı ailələrin keyfiyyətli hüquqi yardıma əlçatanlığın təmin edilməsidir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, kollegiya tərəfindən bu vəzifələrin icrası istiqamətində tədbirlər həyata keçirilməkdədir. Belə ki, mütəmadi olaraq respublikanın müxtəlif regionlarında hüquqi yardıma ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi üzrə tədbirlər icra olunur. Tədbirlər çərçivəsində fevralın 15-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlərin yığcam məskunlaşdıqları Kürdəxanı qəsəbəsində vətəndaşlarımıza hüquqi yardım xidmətlərinin göstərilməsi planlaşdırılıb. Saat 11:00-dan 14:00-dək davam edəcək tədbirdə hüquqi maarifləndirmə və hüquqi yardım işi Bakı şəhəri 20 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən aparılacaq.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]