SİYASƏT
Küveytli deputatlar Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də Küveyt Ümmət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.