Kuzbassdan Azərbaycana cari ilin ilk buğda unu partiyası göndərilib
Moskva, 12 fevral, AZƏRTAC
2026-cı ildə ilk buğda unu partiyası Rusiyanın Kemerovo vilayətindən Azərbaycana göndərilib.
AZƏRTAC xəbər verir ki, məhsul Novokuznetsk bələdiyyə rayonunda istehsal olunub və təyinat ölkəsinə daşınması üçün fitosanitar sertifikatı alıb. Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidmətin (“Rosselxoznadzor”) nəzarəti altında 67,6 ton buğda unu dəmir yolu vaqonuna yüklənərək ixrac üçün göndərilib. Partiya idxalçı ölkənin karantin fitosanitariya tələblərinə tam uyğun olaraq hazırlanıb və bu, “Rosselxoznadzor”un törəmə müəssisəsi olan Ümumrusiya Heyvandarlıq Tədqiqat İnstitutunun (VNIIZH) Kemerovo filialında aparılan laboratoriya sınaqları ilə təsdiqlənib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [16:04]
® “Birbank” debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 12.02.2026 [15:49]
Ötən ay dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
- 12.02.2026 [15:35]
Ötən il SOCAR-ın hasil etdiyi neft və qazın həcmi açıqlanıb
- 12.02.2026 [15:01]
Vergi agenti kimdir və vəzifələri nələrdir?
- 12.02.2026 [13:56]