KXDR ABŞ-ın Cənubi Koreyadakı aviadaşıyıcı gəmisini vurmaqla hədələyib
Bakı, 13 oktyabr, AZƏRTAC
KXDR ABŞ-ın Koreya yarımadasındakı strateji obyektlərinə “ən güclü və sürətli qabaqlayıcı zərbə” endirməklə hədələyib.
AZƏRTAC bu barədə Şimali Koreyanın Teleqraf Agentliyinə istinadla xəbər verir.
“ABŞ-ın müxtəlif strateji nüvə vasitələrinin mümkün hərbi toqquşmaların baş verə biləcəyi Koreya yarımadasına fasiləsiz yerləşdirilməsi faciəvi vəziyyətə gətirib çıxaracağı açıq hərbi təxribatdır”, - deyə Pxenyan qeyd edib.
Şimali Koreyanın Teleqraf Agentliyi KXDR Silahlı Qüvvələrinin ABŞ və əlaltılarının nüvə müharibəsi vəziyyəti yaratmaq cəhdlərinin qarşısını qətiyyətlə alacağını vurğulayaraq yazır: “Birləşmiş Ştatlar nəhəng strateji vasitələrinin çox təhlükəli akvatoriyaya daxil olduğunu anlamalıdır”.
Pxenyanın hədələri ABŞ-ın “USS Ronald Reagan” aviadaşıyıcı gəmisinin Seulla birgə keçiriləcək təlimlərdə iştirak etmək üçün oktyabrın 12-də Cənubi Koreyanın “Pusan” hərbi dəniz bazasına gəlişindən sonra səslənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]