KXDR-ABŞ sammitində Pxenyan üçün təhlükəsizlik zəmanəti müzakirə olunacaq
Bakı, 8 iyun, AZƏRTAC
Şimali Koreya üçün təhlükəsizlik zəmanəti məsələsi KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Trampın iyunun 12-də Sinqapurda planlaşdırılan görüşündə müzakirə ediləcək.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı ABŞ-ın dövlət katibi Mayk Pompeo təsdiqləyib.
“Prezident Donald Tramp və sədr Kım Çen In Şimali Koreya üçün təhlükəsizlik zəmanəti, sülh rejiminin bərqərar olması və iki ölkə arasında münasibətlərin yaxşılaşması məsələlərini müzakirə edəcək”, - deyə o, Dövlət Departamentində keçirilən mətbuat konfransında bildirib.
Bununla yanaşı, Pompeo xatırladıb ki, Vaşinqton Koreya yarımadasının tam, vaxtında və geri dönüşü olmadan nüvəsizləşdirilməsinin yeganə məqbul həll olduğunu dəfələrlə aydın şəkildə bəyan edib.
Dövlət katibi diplomatik səylərin səhv istiqamətə yönələcəyi təqdirdə hədəfə çatmaq üçün dünya ictimaiyyətinin ABŞ-la birgə KXDR rejiminə qarşı tətbiq etdiyi tədbirlərin qüvvədə qalacağını və hətta daha da sərtləşdiriləcəyini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]
Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub
- 18.06.2026 [12:02]