Kyodo: Yaponiyada “Asiya NATO-su” ideyası müzakirə ediləcək
Bakı, 22 noyabr, AZƏRTAC
Yaponiyanın yeni Baş naziri Siqeru İsibanın sədrlik etdiyi hakim Liberal Demokrat Partiyası onun tərəfdarı olduğu ideyanı - “Asiya NATO-su”nun yaradılması perspektivlərini gələn həftə müzakirəyə çıxaracaq.
AZƏRTAC xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, müvafiq ideyanın müzakirəsi üçün partiya daxilində yeni struktur yaradılacaq.
Siqeru İsiba seçki kampaniyası zamanı Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinin, regionda “Asiya NATO-su” və kollektiv təhlükəsizlik sisteminin qurulmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin Hudson İnstitutu üçün yazdığı məqalədə ABŞ-ın nüvə raketlərinin Asiya regionunda yerləşdirilməsini və həmin silahlara “birgə sahiblik” perspektivinin müzakirə olunmasını təklif edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]