Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib
Bakı, 26 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin sakinlərdən artıq 1235 şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 1180 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən 86 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb), 55 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və cəlb olunacaqları məşğulluq proqramı müəyyən edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [18:12]
Yeni sanitariya norma və qaydaları təsdiqlənib
- 26.08.2026 [18:03]
Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi
- 26.08.2026 [17:25]
Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb
- 26.08.2026 [16:43]
Astarada narkomanlığa qarşı növbəti maarifləndirici aksiya təşkil olunub
- 26.08.2026 [16:41]
Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək
- 26.08.2026 [16:37]
Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO
- 26.08.2026 [15:58]
Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək
- 26.08.2026 [12:00]