Azərbaycan Dövlət İnformasiya Agentliyi

“LALƏ-TEKSTİL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN SƏDRİ ARZU HACIYEVANIN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Ötən il oktyabrın 24-ü mənim və rəhbərlik etdiyim kollektivin həyatında ən xoşbəxt günlərdən biridir. Həmin gün Siz, cənab Prezident, Mehriban xanımla birlikdə Yevlaxda olarkən bizim ən böyük arzumuzu reallaşdırdınız, müəssisəyə gələrək gördüyümüz işlərlə tanış oldunuz. Dövlət başçısının sahibkarın fəaliyyətinə verdiyi qiymətdən böyük nə ola bilər? Biz hələ də bu görüşün təəssüratları altında yaşayır və fəaliyyət göstəririk. Fürsətdən istifadə edərək çoxsaylı kollektivimizin salamlarını və ən xoş arzularını Sizə çatdırıram. Həmkarlarım bunu məndən təkidlə xahiş etmişdilər.

Bu gün böyük fəxr hissi ilə deyə bilərəm ki, bir Azərbaycan qadını, Yevlax şəhərinin sakini kimi, Azərbaycanın gündən-günə artan iqtisadi qüdrətini mən də digər həmvətənlərim kimi gündəlik həyatımda hiss edirəm. Belə ki, Dövlət Proqramı çərçivəsində görülmüş işlər nəticəsində Azərbaycanın hər bir guşəsində olduğu kimi, Yevlax şəhərinin, onun qəsəbə və kəndlərinin siması da tamamilə dəyişmişdir. Bu yaxınlarda Yevlaxda olarkən şəhərimizin axşam görüntülərinin dünyanın ən qabaqcıl şəhərləri səviyyəsində olduğunu qeyd etmişdiniz. Bəli, cənab Prezident, hər bir yevlaxlı qürur hissi keçirir və fəxr edir ki, belə bir şəhərdə yaşayır və qurub yaradır.

Ölkədə yaradılmış əlverişli biznes mühiti, sahibkarlığın inkişafına Sizin tərəfinizdən göstərilən diqqət bir iş adamı kimi, mənim də fəaliyyətimin uğurunu təmin etmişdir. Heç kimin ağlına gələ bilməzdi ki, belə qısa zamanda Yevlaxda tekstil fabriki yaranacaq, onun da sahibi qadın olacaqdır. Bu gün rəhbər dövlət vəzifələrində olduğu kimi, sahibkarlığın inkişafında qadınların xüsusi çəkisi günbəgün artmaqdadır. Əlbəttə, bundan sonra daha da artacaqdır. Cənab Prezident, bu, Sizin apardığınız siyasətin nəticəsidir. Buna görə də mən Sizə minnətdaram.

Qanunvericilik bazasının təkmilləşdirilməsi, iş adamlarına dövlət dəstəyinin artırılması nəticəsində yerli sahibkarlar tərəfindən ölkə iqtisadiyyatına sərmayə qoyuluşu nəzərəçarpacaq dərəcədə yüksəlmiş, ilk dəfə olaraq yerli sərmayələrin həcmi xarici investisiyaları üstələməsidir. Bu gün niyyəti, amalı düzgün olan elə bir sahibkar tapmaq olmaz ki, yaradılmış şəraitdən razılıq etməsin.

Hörmətli konfrans iştirakçıları!

Rəhbərlik etdiyim “Lalə-tekstil” müəssisəsi vaxtı ilə demək olar ki, fəaliyyətsiz olan kiçik bir tikiş sexi idi. 2004-cü ildə bu sexi özəlləşdirdikdən sonra onun bazasında müasir tələblərə cavab verən bir tekstil müəssisəsi yaratmaq qərarına gəldim. Təbii ki, belə bir müəssisənin yaradılması böyük vəsait tələb edirdi.

Cənab Prezident, Sizin diqqət və qayğınızın nəticəsidir ki, bu gün yüzlərlə iş adamı güzəştli kreditlərdən bəhrələnə bilir. Mən də onlardan biriyəm. İşə aldığım 1 milyon ABŞ dolları məbləğində güzəştli kreditlə başladım.

Bu gün artıq müəssisəyə investisiya qoyuluşunun ümumi məbləği 4 milyon manatı keçmişdir. Müəssisədə quraşdırılmış avadanlıq Almaniya, Yaponiya və Türkiyə istehsalıdır. Müəssisəmiz 11 hektar əraziyə malik olmaqla 4 tikiş bölməsindən, biçim, hörücü və boya sexlərindən, sərgi-satış salonundan və digər yardımçı binalardan ibarətdir. Biz istehsalat üçün zəruri olan xammalı xarici ölkələrlə yanaşı, Gəncədən də alırıq. Beləliklə, bizim və buna oxşar digər müəssisələrin fəaliyyəti əlaqədar sahələrin inkişafına təkan verir, orada da yeni iş yerləri açılır.

Fabrikdə əksəriyyəti qadın olmaqla 650 nəfər işləyir. Bununla yanaşı, bizdə 7 nəfər xarici mütəxəssis də çalışır. İşçilərimiz üçün hər cür şərait yaratmışıq. Bu gün onlar 500 nəfərlik yeməkxanada müəssisənin hesabına qida ilə təmin edilirlər. Hazırda fabrikdə kişi və qadın, eləcə də uşaq geyimləri istehsal olunur və bu məhsullar Yevlaxda və Bakıda yaradılmış satış şəbəkəsi vasitəsilə yerli bazarda satılır. Bizim markamızla buraxılan məhsullar İran, Rusiya, Gürcüstan və digər ölkələrə də ixrac olunur. Lakin mənim əsas məqsədim istehsal olunan məhsulları Avropa bazarına çıxarmaqdan ibarətdir. Buna həm istehsal olunan məhsulların keyfiyyəti, həm də işçilərimizin yüksək bacarığı və səriştəsi imkan verir. Düşünürəm ki, məhsul istehsalı ilə məşğul olan, xidmət sahəsində çalışan hər bir sahibkar Azərbaycanın ticarət markasını Sizin müəyyənləşdirdiyiniz səviyyəyə qaldırmalıdır.

Cənab Prezident!

Sizin tərəfinizdən sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən istifadə edərək biz yerli istehsalı genişləndirmək qərarına gəlmişik. Hazırda ümumi sahəsi 2800 kvadratmetr olan kişi, qadın və uşaq kostyumları istehsal edəcək 5-ci tikiş bölməsini inşa edirik. Burada quraşdırılacaq avadanlığın ümumi dəyəri 2 milyon ABŞ dolları təşkil edəcək, nəticədə istehsal gücü 2 dəfə artacaq, əlavə 450 iş yeri açılacaqdır. Beləliklə, ilin sonuna fabrikimizdə 1200 nəfər çalışacaqdır.

Konfrans iştirakçılarının diqqətini bir məsələyə də cəlb etmək istəyirəm ki, fabrikdə işçilər qəbul edilərkən onlarla 3 ay ərzində tikiş peşəsinin öyrədilməsi ilə bağlı tədris aparılır.

Bu kürsüdən bir məlumatı da vermək istəyirəm. Biz artıq Yevlax şəhərində 450 nəfərin çalışacağı yuyucu vasitələr istehsal edəcək “Lalə-kemikal” müəssisəsinin yaradılmasına da başlamışıq.

Möhtərəm cənab Prezident!

Sahibkarlar ordusunun formalaşması, inkişafı, bu günü və sabahı Sizinlə bağlıdır. İş adamlarının mütləq əksəriyyətinin fikri belədir. Bu şəraiti bizə Siz yaratmısınız. Əmin ola bilərsiniz ki, biz də üzərimizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək, bütün potensialımızı səfərbər edəcək, Sizin Azərbaycanın tərəqqisinə yönələn fəaliyyətinizi daim dəstəkləyəcəyik.

Diqqətinizə görə sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev konfransa yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir?

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir YENİLƏNƏCƏK

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO