Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Lapis-Lazuli” – Avropadan Asiyaya birbaşa ticarət yolu

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Lazurit dəhlizi ilə Əfqanıstandan ilk yükləri qəbul edib

Bakı, 26 dekabr, Laçın Sultanova, AZƏRTAC

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı avtomobil, dəmir yolu və dəniz yükdaşımalarının həyata keçiriləcəyi “Lapis-Lazuli” (Lazurit) nəqliyyat dəhlizi ilə Əfqanıstandan ilk yükləri qəbul edib. Lazurit dəhlizi Əfqanıstandan və Asiyadan yükdaşımaların ən əlverişli və ucuz yoludur.

“Lapis-Lazuli” marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə arasında beştərəfli saziş 2017-ci il noyabrın 15-də Aşqabadda keçirilən Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb. Sənəddə iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolu və dəniz) modernləşdirilməsi, həmçinin gömrük rəsmiləşdirilməsi proseduralarının asanlaşdırılması nəzərdə tutulur. Saziş razılıq əldə edən tərəflərin ərazisindən yüklərin fasiləsiz daşınmasına, nəqliyyatın tranzit hərəkəti ilə bağlı məsələlərin və proseduraların sadələşdirilməsinə şərait yaradır, nəqliyyat vasitələrinin, yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin edir.

AZƏRTAC xəbər verir ki, dekabrın 13-də Əfqanıstanın Herat şəhərində Lazurit dəhlizi üzrə yükdaşımalara start verilib. Mərasimdə çıxış edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan, Türkmənistan, Gürcüstan və Türkiyə prezidentlərinin regional əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə də “Lapis-Lazuli” miltimodal nəqliyyat dəhlizinin reallığa çevrilməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Mərasimdə vurğulanıb ki, Lazurit dəhlizinin uğurla istismara verilməsi region dövlətlərinin iqtisadi tərəqqisinə güclü təkan verəcək, kənd təsərrüfatı və digər məhsulların, faydalı qazıntıların Əfqanıstandan dünya bazarlarına çıxarılması, yeni iş yerlərinin yaradılması hesabına bu ölkədə vəziyyətin tezliklə stabilləşməsinə kömək edəcək.

Nəqliyyat dəhlizinin “Lazurit” adlanması iki min il əvvəl bu marşrutla əfqan lazuriti və digər yarımqiymətli daşların Qafqaza, Balkan ölkələrinə, Şimali Afrikaya və Avropaya daşınması ilə əlaqəlidir.

Əfqan torpağında yetişdirilən kənd təsərrüfatı məhsulları (kişmiş, küncüt, pambıq, qarpız toxumları və s.) ilə yüklənmiş doqquz ağırtonnajlı avtomobildən ibarət karvan Əfqanıstandan Lazurit dəhlizi ilə Türkmənistana yola salınıb. Yüklər Türkmənistanın paytaxtı Aşqabada, oradan Türkmənbaşı liman şəhərinə, oradan isə bərələr vasitəsilə Azərbaycana - Bakı Beynəlxalq Dəniz Limanına yola salınıb. Avtomobil karvanının Bakıya çatması münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyənin diplomatik missiyalarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə rəsmi qarşılama mərasimi keçirilib.

Lazurit dəhlizi layihənin üzv ölkələrinə regional və kontinental ticarət bazarlarına çıxışları şaxələndirmək üçün şərait yaradacaq. Bu da, öz növbəsində, həm bu dəhliz vasitəsilə yük daşıyan ölkələrin, həm də ərazisindən malların tranziti üçün istifadə olunacaq dövlətlərin iqtisadi inkişafına, həmçinin sürətli və ucuz daşımalar hesabına alıcı ölkələrə malları daha ucuz qiymətə əldə etməyə imkan verəcək.

Lazurit dəhlizi layihəsinin reallaşdırılması ərəfəsində Türkmənbaşı şəhərində tranzit və nəqliyyat əməkdaşlığı haqqında “Lapis-Lazuli” Sazişinin iştirakçısı olan ölkələrin (Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə) nəqliyyat nazirlərinin beynəlxalq konfransı keçirilib. Konfransın işində Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycan nümayəndə heyətinin tərkibinə ölkəmizin bütün nəqliyyat strukturlarının rəhbərləri daxil olub.

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov konfransda çıxış edərək bildirib ki, inkişafın innovasiya mərhələsinə keçid dövründə nəqliyyat sektoru iqtisadi tərəqqinin əsas amillərindən biri kimi beynəlxalq ticarət əlaqələrini təkmilləşdirir, təbii ehtiyatlardan istifadənin səmərəsini artırır, sahibkarlığı inkişaf etdirir.

“Azərbaycan “Lapis-Lazuli” layihəsinin reallaşdırılması üçün əlindən gələni edəcək”, - deyən Baş nazirin birinci müavini Bakı limanını bu nəqliyyat dəhlizinin əsas yükaşırma məntəqələrindən biri adlandırıb.

Konfransda çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov vurğulayıb ki,

Bakı Limanının yükaşırma dinamikası hər il artır. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə son 10 ayda ümumi konteyner aşırılması 50.6 faiz artıb (18728 TEU), sərnişin sayı isə 48.5 faiz artaraq 39.215 nəfərə çatıb.

“Bu gün Bakı Limanı bütün növ liman yüklərinin (quru, maye, açıq və paketlənmiş) aşırılmasını həyata keçirə bilir. Bunun üçün Azərbaycan hökuməti 80, 40, 32 ton yük qaldırma qabiliyyətinə malik kranlar, 2 ədəd müasir yedək gəmisi alıb. Liman ərazisində 5 min kvadratmetr olan 2 böyük anbar mövcuddur və liman eyni zamanda 800-1000 arası konteyner saxlama qabiliyyətinə malikdir. Bütün bunlar xarici yük aşırılmasını tez və operativ şəkildə həyata keçirməyə imkan verir.

Hazırda Bakı Limanının tam avtomatlaşdırılmış idarəetmə sisteminin son sınaq testləri həyata keçirilməkdədir. Bu proqram istifadəyə verildikdən sonra, həm yük sahibləri, həm də liman müdiriyyəti hər bir yükün liman ərazisində yeri və statusu onlayn rejimdə izləyə biləcək. Bütün bu qeyd olunanlar “Orta Dəhliz”, o cümlədən “Lapis Lazuli” dəhlizi vasitəsilə yükdaşıma və yükaşırma əməliyyatlarının effektiv və sürətli həyata keçirilməsinə öz töhfəsini verəcək”, - deyə Taleh Ziyadov bildirib .

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) baş katibi Umberto de Pretto konfransda çıxışında deyib ki, “Lapis-Lazuli” layihəsi çox böyük əhəmiyyətli bir layihə olaraq regionun qlobal iqtisadiyyata daha çox inteqrasiya olunmasına və əmtəə dövriyyəsini artırmağa kömək edəcək. O əlavə edib: “Bu marşrut üzrə səmərəli yükdaşımalar sistemi yaradılması və yükdaşımaların ləngidilməməsi üçün qanunvericilik səviyyəsində bütün tədbirlər görülməlidir. Viza dəstəklənməsi məsələləri prioritet məsələdir”. Baş katib peşəkar sürücülər üçün sadələşdirilmiş viza rejimi tətbiq olunmasını təklif edib. O deyib: “Bizdə təyyarəçilər və dənizçilər üçün mövcud viza sistemi yükdaşımaların sürətini artırır. Mən “Lapis-Lazuli” marşrutu üzrə hərəkət edəcək sürücülər üçün də buna oxşar sistem tətbiq olunmasını təklif edirəm. Axı, nəqliyyatı elektriklə müqayisə etmək olar - o da müqavimət az olan tərəfə gedir. Əgər “Lapis-Lazuli” marşrutu üzrə hərəkət etmək sadə olsa, bu, çoxsaylı tranziterləri cəlb edəcək”.

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) baş katibinin müavini Avni Bıçaklı hesab edir ki, “Lapis-Lazuli” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələr arasında ticari-iqtisadi əlaqələrin genişlənməsində böyük rol oynayır. O vəd edib ki, İƏT “Lapis-Lazuli” nəqliyyat dəhlizinin reallaşdırılması üçün mümkün olan hər şeyi edəcək. “Bu layihə dəmir yolu daşımalarının artmasına böyük töhfə verəcək”, - deyə baş katibin müavini vurğulayıb.

BMT Baş katibinin Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi və Mərkəzi Asiya Ölkələri üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzin başçısı Natalya German əmindir ki, nəqliyyat və tranzit dəhlizlərinin yaradılması insan və malların daşınması çevikliyinin təmin edilməsi üçün daxili marşrutlarda, o cümlədən ictimai nəqliyyatda əlaqələrin yaxşılaşdırılmasına təsir göstərəcək. Malların istehsalından tutmuş onların Avropa bazarlarına çatdırılmasına qədər zəncirin bütün halqaları, həmçinin yeni iş yerlərinin açılması terrorizm təhlükəsinə, habelə narkotiklərin istehsalı və yayılmasına qarşı qoyulacaq. O deyib: “Lapis-Lazuli” Sazişi, həmçinin BMT Baş Məclisinin 9BM) dayanıqlı nəqliyyat üzrə təşəbbüslərini irəlilədir. Bu təşəbbüslər BMT BM-nin “Dayanıqlı inkişaf sahəsində məqsədlərə nail olmaq üçün bütün nəqliyyat növləri arasında əlaqələrin möhkəmləndirilməsi” Qətnaməsinin yerinə yetirilməsinə əhəmiyyətli töhfədir”.

Ekspertlərin qənaətinə görə, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi daha çox Asiya qitəsi üçün aktual olan bir sıra iqtisadi məsələlərin həllində açar rolunu oynayacaq. Yeni marşrut regionda istehsalın artmasına kömək edəcək, Əfqanıstan iqtisadiyyatının dirçəlməsinə müsbət təsir göstərəcək. Artıq yaxın zamanda nəqliyyat layihələri Əfqanıstanın və bütün regionun iqtisadi inkişafına güclü təkan verəcək.

“Lapis-Lazuli” layihəsi yük axınını əhəmiyyətli dərəcədə gücləndirəcək və malların istehsalçıdan satış bazarına qədər çatdırılması məsafəsini qısaldacaq ki, bu da xarici istehlakçılar üçün qiymətlərin ucuzlaşmasına səbəb olacaq, iri ticarət müəssisələrini regiondakı istehsalçılarla əməkdaşlığın möhkəmlənməsinə sövq edəcək. Bu marşrut gələcəkdə Asiya ilə Avropa arasında ticari-iqtisadi və mədəniyyət körpüsünə çevriləcək.

Lazurit marşrutu üzrə pilot yükdaşıma əlamətdar hadisədir və Azərbaycanın nəqliyyat-tranzit dəhlizlərinin logistika mərkəzinə çevrilməsinin sübutudur. Şimal-Cənub, Bakı-Tbilisi-Qars, Cənub-Qərb və Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşən Azərbaycan Avropa və Asiyanın birləşdirəcək əsas logistika halqası olmaq üçün bütün imkanlara malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb