Latviya işçilərin əmək göstəricisinə görə Avropanın lider ölkələrindən 10 il geri qalır
Riqa, 5 aprel, AZƏRTAC
Latviya işçilərin əmək göstəricisi üzrə Avropanın lider ölkələrindən əhəmiyyətli dərəcədə geri qalan 10 Avropa İttifaqı (Aİ) ölkəsi arasında yer alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Həmkarlar İttifaqları Konfederasiyası (CES) Aİ ölkələri arasında apardığı sorğuya əsasən məlumat yayıb.
CES-in məlumatına görə, Aİ-nin lider ölkələri arasında Qərbi Avropa və Skandinaviyanın inkişaf etmiş ölkələrindən Niderland, Danimarka, Finlandiya, İsveç, Avstriya, Belçika, Fransa, Almaniya və Lüksemburq qərarlaşıb. Eyni zamanda, Mərkəzi Avropadakı yeganə dövlət - Sloveniya da lider ölkələr sırasına daxil olub.
Təşkilat əlavə edib ki, 2019-cu ilədək Estoniyanın da göstəricisi Aİ üzrə orta göstəricidən yüksək olub. Bundan başqa, Litva, Slovakiya və İrlandiya orta göstəricidən geri qalan ölkələr arasında yer alıb. Reytinqin müəllifləri Latviyanı Avropanın lider ölkələrinə çatmaq üçün 10 ildən çox müddətin tələb olunduğu ölkələr kateqoriyasına daxil ediblər.
CES qeyd edir ki, indiyədək nəzərəçarpacaq artıma baxmayaraq, Latviyada layiqli əmək hüququ ilə bağlı problemlər qalmaqdadır.
Qeyd edək ki, baş qərargahı Brüsseldə yerləşən CES bütün Avropa üzrə işçilərin hüquqlarını qoruyan əsas və ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatıdır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]