LATVİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VALDİS ZATLERSƏ
Hörmətli cənab Prezident,
Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq duyur, əlaqələrimizin daha da dərinləşməsinə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluğumuzun, ikitərəfli qaydada və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın sabit və davamlı inkişafı üçün bundan sonra da səylərimizi davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 iyun 2007-ci il.