Latviya Təhsil və Elm Nazirliyi məktəblərə noutbukların alınması məqsədilə 4 milyon avro ayıracaq
Riqa, 15 sentyabr, AZƏRTAC
Latviya Təhsil və Elm Nazirliyi təhsil müəssisələrinin texnoloji təminatının yaxşılaşdırılması - noutbukların alınması məqsədilə “Gözlənilməz hallar üçün nəzərdə tutulmuş vəsait” büdcə proqramı çərçivəsində 3,97 milyon avro məbləğində vəsait ayıracaq.
AZƏRTAC ölkənin yerli mətbuatına istinadla xəbər verir ki, Latviya hökuməti Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanan layihəyə bu gün baxacaq.
Kompüterlər ümumtəhsil məktəblərinə (axşam, qiyabi və sosial korreksiya məktəbləri istisna olmaqla) və xüsusi təhsil müəssisələrinə 7-12-ci siniflərdə təhsil alan şagirdlərin sayına mütənasib olaraq veriləcək.
Kompüterlər alındıqdan sonra təmənnasız olaraq təhsil müəssisələrinin təsisçiləri kimi yerli özünüidarəetmə orqanlarının mülkiyyətinə veriləcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]