Latviyada koronavirusa yoluxanların sayı 778 nəfərə çatıb
Riqa, 23 aprel, AZƏRTAC
Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 17 nəfər artaraq 778-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı vaxtdan indiyə kimi ölkədə 41 min 41 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna 1705 nəfərdən götürülən analizin 17-nin nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 11 ölüm faktı qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]