Latviyada tələbələrin sayı son 20 ildə ən aşağı səviyyəyə düşüb
Bakı, 17 fevral, AZƏRTAC
Hazırda Latviyada 74 min tələbə ali təhsil alır. Mərkəzi Statistika İdarəsinin məlumatına görə, bu, son 20 ildə qeydə alınan ən aşağı göstəricidir.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ekspertlər tələbə sayının azalmasını bilavasitə demoqrafik vəziyyət və doğuşların azalması ilə əlaqələndirir.
Tələbələrin təxminən yarısı ölkənin üç ən böyük universitetində - Riqa Texniki Universitetində, Latviya Universitetində və Riqa Stradınış Universitetində təhsil alır. Riqa Ali İqtisadiyyat Məktəbinin professoru, demoqraf Zane Varpina bunun əmək bazarını təhdid etmədiyini deyib. Onun sözlərinə görə, azalma tələbə yaşında olan gənclərin sayının az olması ilə bağlıdır.
Ölkədə gənclərin əksəriyyəti daha çox mühəndislik ixtisası üzrə təhsil almağa istiqamətlənir. Latviya İşəgötürənlər Konfederasiyasının nümayəndəsi Liene Voronenko mühəndislik elmi proqramlarının məzunlarına hazırda əmək bazarında böyük tələbat olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]