REGİONLAR
LƏNKƏRAN ƏRAZİ KƏND TƏSƏRRÜFATI İDARƏSİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Cənub bölgəsinin baytarlıq idarələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirak etdikləri tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Rəşid Abbasov çıxış edərək yola saldığımız ildə regionda kənd təsərrüfatı heyvanları və quşları arasında aparılan epizootik tədbirlərin nəticələrindən danışmış, quş qripi xəstəliyinə qarşı mübarizədə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış komissiyanın tədbirlər planına müvafiq işlərin görülməsini tövsiyə etmiş, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Müşavirədə çıxış edənlər müzakirə olunan məsələ ilə bağlı görülən işlər barədə məlumat vermiş, mövcud problemləri aradan qaldırmaq məqsədilə təkliflərini bildirmişlər.