Lənkəranda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş açıq dərs keçirilmişdir
Lənkəran, 14 yanvar (AZƏRTAC). Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində tarix fənnindən 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş açıq dərs keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, məktəblilərin iştirak etdikləri tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Açıq dərsdə Mərkəzin elmi işçisi Ruhulla Şahbazinin “Milli düşüncəyə həkk olunan əbədi tarix” mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq hərəkatına qarşı törədilmiş qanlı cinayətdir. Xalqımızın qan yaddaşına əbədi həkk olunan bu tarix, eyni zamanda, qürur və iftixar günüdür.
Vurğulanmışdır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə axıdılan günahsız qanlar Azərbaycan xalqının müstəqillik uğurunda mübarizə əzmini qıra bilməmiş, Vətənə, torpağa sədaqət nümunəsi yaradaraq müstəqilliyə əbədi yol açmışdır.
Açıq dərsdə şagirdlərə 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri barədə geniş məlumat verilmişdir.
Tədbirdə dinləyiciləri maraqlandıran suallar cavablandırılmış, qanlı Yanvar faciəsinin dəhşətlərinin əks olunduğu sənədli film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]