LƏNKƏRANDA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİYİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mərkəzi parkda ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini ehtiramla yad etmiş, teatrın foyesində Respublika gününə həsr olunmuş rəsm əsərləri ilə tanış olmuşlar.
Toplantıda şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Demokratik Respublikasının yaranma tarixindən, imperiya buxovlarından qurtularaq, müstəqilliyini bərpa edən ölkəmizi məhv olmaq təhlükəsindən xilas edən ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, Prezident İlham Əliyevin respublikamızın dinamik inkişafına və xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş siyasi xəttini yüksək qiymətləndirmişdir.
Mərasimdə rayonun musiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmiş, teatrın aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]