Lənkəranda qanunsuz ağac emalı ilə məşğul olan sexlər aşkarlanıb
Lənkəran, 10 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda qanunsuz ağac emalı ilə məşğul olan sexlər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Təngivan və Qurunba kəndlərində yerləşən iki emal sexində müvafiq normativ sənədlər olmadan müxtəlif cinsli iri ağac gövdələrinin emal olunması üçün dəzgahların qoyulduğu aşkar edilib. Aşkarlanan hallarla bağlı həmin emal sexlərinin sahibləri barəsində protokol tərtib olunub və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]
Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib
- 08.06.2026 [13:26]