LƏNKƏRANDA SUVARMA ŞƏBƏKƏSİ GENİŞLƏNDİRİLƏCƏKDİR
Lənkəran, 9 avqust (AZƏRTAC). “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planına müvafiq olaraq Lənkəran rayonunda suvarma şəbəkəsi genişləndiriləcəkdir. Bu məqsədlə Boladi kəndində və Osaküçə kəndinin Rivin ərazisində yeni su anbarlarının tikintisi nəzərdə tutulmuşdur.
1976-cı il dekabrın 26-da ümummilli lider Heydər Əliyevin iştirakı ilə istifadəyə verilən Yuxarı Xanbulançay su anbarı təkçə Lənkəranın deyil, Astara və Lerik rayonlarının da təsərrüfatlarını su ilə təmin edir. Lənkəran rayonunda 9 min 533 hektar, Astara rayonunda 1300 hektar, Lerik rayonunda isə 406 hektar əkin sahəsi məhz bu anbarından verilən su ilə suvarılır.
Ümumi su tutumu 52 milyon kubmetr olan su anbarında bu ilin əvvəlində 50 milyon kubmetr su yığılmışdı. Hazırda su anbarında 34 milyon kubmetr su ehtiyatı vardır. Bu isə Astara, Lənkəran və Lerik rayonlarının əkin sahələrini kifayət qədər suvarmağa imkan verir.
Lənkəran rayonunda yeni su anbarlarının tikintisi rayonun içməli suya olan tələbatını da tam ödəyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]