Lənkəranlı gənclər Hirkan Milli Parkına və Xanbulan gölünə ekskursiya ediblər
Lənkəran, 8 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili və ekoturizmin inkişafında gənclərin rolunun artırılması məqsədilə Lənkəran Hirkan Milli Parkı ərazisinə və Xanbulan gölünə gənclərin ekskursiyası təşkil edilib.
Ekskursiyada idarənin əməkdaşları, məşqçi-müəllimlər, könüllülər və idmançılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər Hirkan Milli Parkına ekskursiya edərək parkın tarixi, florası və faunası ilə tanış olub, “Təbiəti birlikdə qoruyaq!” maarifləndirici aksiya keçiriblər.
Daha sonra gənclər üçün müxtəlif intellektual və interaktiv oyunlar təşkil olunub.
Qaliblər hədiyyələrlə mükafatlandırılıblar.