LEONİD KUÇMA ELMİ TƏDQİQAT İNSTİTUTU AÇMAQ NİYYƏTİNDƏDİR
AZƏRTAC-ın müxbiri Kiyevdən xəbər verir ki, L.Kuçma prezident səlahiyyətlərinin icra müddəti bitdikdən sonra qeyri-dövlət Strateji Qiymətləndirmə Elmi Tədqiqat İnstitutu yaratmaq niyyətindədir. Dövlət başçısı bunu “Ukrayna iqtisadiyyatı 2000-2003-cü illərdə: iqtisadi yüksəlişin sərmayə modelinin təşəkkülü” mövzusunda keçirilmiş “dəyirmi masa”da bildirmişdir. Prezidentin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, yeni institut “iqtisadi siyasətin Ukrayna modelinin əsaslı elmi ümumiləşdirilməsi ilə məşğul olacaqdır”.
Cənab Kuçma bu institutu Milli Strateji Tədqiqatlar İnstitutunun direktoru Anatoli Qalçinski ilə yaratmaq niyyətindədir.
L.Kuçmanın prezident səlahiyyətlərinin müddəti bu ilin oktyabrında bitəcəkdir. O, bu vəzifə uğrunda yenidən mübarizə aparmaq fikrində deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]