Lerikdə 650 ailəyə Novruz sovqatları paylanılıb
Lerik, 22 mart, Bağır Əliyev, AZƏRTAC
Lerik rayon İcra Hakimiyyətinin məsul işçiləri və Rayon Qarabağ Veteranları Şurasının sədri Veysəl Məlikov Novruz bayramı ilə əlaqədar Vətən müharibəsində şəhid olanların ailələrini ziyarət edərək onlara Novruz sovqatları paylayıblar.
AZƏRTAC xəbər verir ki, şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar Lerikdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və qazilərə, aztəminatlı ailələrə, ümumilikdə 650 ailəyə bayram sovqatı paylanılıb.