İDMAN
Leybnitsdə keçiriləcək Avropa kubokunda Azərbaycanı 15 kişi və 3 qadın cüdoçu təmsil edəcək
Bakı, 31 may, AZƏRTAC
İyunun 1-2-də Avstriyanın Leybnits şəhərində Azərbaycanın gənc cüdoçularının da qatılacaqları Avropa kuboku yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gənclər arasında keçiriləcək turnirdə Azərbaycanı 15 kişi və 3 qadın cüdoçu təmsil edəcək. Belə ki, Rəşad Yelkiyev, Rəxşan Baxşəliyev, Əhməd Yusifov (hamsı 60 kq), Nəriman Mirzəyev, Nurlan Osmanov, Sabir İsmayılov, Bahəddin Ağayev (hamısı 66 kq), Zaməddin Poladov, Yaqub Cavadov, Rəşad Məmmədəliyev, Zaur Dünyamalıyev (hamısı 73 kq), Abdulla İsmayılov, Adil Kərimli (hər ikisi 100 kq), İmran Yusifov və Camal Feyziyev (100 kq-dan yuxarı) kişilər arasında medallar uğrunda mübarizə aparacaqlar. Qadınların yarışında isə Şəfəq Həmidova, Vüsalə Kərimova (hər ikisi 48 kq) və Ülviyyə Bayramova (57 kq) qüvvələrini sınayacaqlar.
İki gün davam edəcək yarışda 34 ölkədən 650-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparacaq.