“Libwebp” kitabxanasına təsir edən kritik boşluq aşkarlanıb
Bakı, 28 sentyabr, AZƏRTAC
“Libwebp” kitabxanasına təsir edən kritik boşluq (CVE-2023-5129) aşkar olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Boşluq “Libwebp”də ixtiyari kodun icrasına səbəb olan bufer daşması zəifliyidir. Bu boşluq kompüterlər, smartfonlar və planşetlər də daxil olmaqla, veb şəkillərin şifrəsini açmaq üçün “Libwebp”dən istifadə edən istənilən cihaza təsir göstərərək və ixtiyari kodu icra edərək, fərdi məlumatları ələ keçirməyə, dəyişdirməyə və silməyə səbəb ola bilər.
Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə proqramı ən son versiyaya yeniləməyi tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:41]
Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb
- 09.06.2026 [12:17]
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib
- 09.06.2026 [12:11]
Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır
- 09.06.2026 [12:05]