Litvanın yeni avtomobil bazarında alıcılıq qabiliyyəti 26 faizdən çox azalıb
Riqa, 2 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Litvada təxminən 8,6 min yeni minik avtomobili qeydiyyatdan keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 26,6 faiz azdır (11,7 min ədəd).
AZƏRTAC Litvanın “AutoTyrimai” şirkətinin məlumatlarına istinadla xəbər verir ki, təkcə ötən ay yeni minik avtomobillərinin qeydiyyatı 35,1 faiz artaraq təqribən 3,5 minə yüksəlib. Keçən ilin mart ayında isə təxminən 2,6 min yeni minik avtomobili qeydiyyatdan keçmişdi.
Bildirilib ki, cari ilin mart ayında Litvanın yeni avtomobil bazarında “Fiat” markası liderlik edib. “Toyota” ikinci yerdə qərarlaşıb, üçüncü yeri isə “Volkswagen” tutub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]