LİVAN MÜHARİBƏDƏN DƏYƏN ZİYANI HESABLAYIR
Beyrutda yayılmış məlumata görə, əməliyyatın cəmi iki həftə davam edən yalnız başlanğıc mərhələsi Livana iki milyard dollarlıq ziyan vurmuşdur. Hesablamalar zamanı zərərin məbləğində ölkənin infrastrukturunun, daşınmaz əmlakın və sənayenin dağıdılması nəticəsində itkilər də nəzərə alınmışdır. Ölkə büdcəsi gəlirlərinin əsas maddəsi olan turizm sənayesinin məhv edilməsi nəticəsində alınmamış məbləğ hələ hesablanmalıdır.
Xatırladaq ki, İsrailin Livana qarşı hərbi əməliyyatı iyulun 12-dən davam edir. Həmin gün “Hizbullah” təşkilatının döyüşçüləri İsrail ordusunun iki hərbi qulluqçusunu əsir götürmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]