Livan parlamenti 12-ci dəfədir dövlət başçısını seçə bilmir
Bakı, 14 iyun, AZƏRTAC
Livanın birpalatalı parlamentinin deputatları 12-ci cəhddə də respublika prezidentini seçə bilməyiblər.
AZƏRTAC xəbər verir ki, “Əl-Hadas” telekanalının yaydığı məlumata görə, 2005-2008-ci illərdə maliyyə naziri olmuş Cihad Azur və “Əl-Marada” xristian partiyasının lideri, sabiq daxili işlər naziri Süleyman Toni Franjye seçkilərin bu gün keçirilən birinci turda lazımi miqdarda səs toplaya bilməyiblər.
Livan konstitusiyasına əsasən, prezident parlament üzvlərinin ən azı üçdə ikisinin səsi ilə seçilir. Dövlət başçısı postuna namizəd növbəti tura keçdiyi halda, deputatların 50 faizdən çoxunun dəstəyini qazanmalıdır.
Ölkə birinci dəfə deyil ki, bu cür siyasi böhranla üzləşir. Sonuncu dəfə Livan iki ildən çox - 2014-cü ilin mayından 2016-cı ilin oktyabrınadək lidersiz qalmışdı. Parlament dövlət başçısını yalnız 45-dən çox iclas keçirdikdən sonra seçə bilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]