LİVAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MİŞEL SÜLEYMANA
Hörmətli cənab Prezident,
Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Livan arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Livan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 may 2008-ci il.