“Liverpul” fransalı futbolçunun transferində israrlıdır
Bakı, 23 iyul, AZƏRTAC
İngiltərənin "Liverpul" komandası Fransa millisinin və PSJ-nin futbolçusu Bredli Barkolyanın transferinə ən ciddi maraq göstərən komandadır.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 23 yaşlı cinah hücumçusu hazırda Paris klubu ilə yeni müqavilə imzalanması istiqamətində danışıqlar aparmır. Onun klubla mövcud sözləşməsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Bredli Barkolya Fransanın "Lion" klubunun yetirməsidir. O, 2023-cü ilin avqustunda PSJ-yə transfer olunub. Futbolçunun transfer dəyəri 90 milyon avro qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]