“Liverpul” xərçəng diaqnozu qoyulan tanınmış mütəxəssisin arzusunu gerçəkləşdirib
Bakı, 13 fevral, AZƏRTAC
Ötən ay xərçəng diaqnozu qoyulan İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson birgünlük öz sevimli peşəsinə geri dönəcək.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, isveçli mütəxəssis “Liverpul” və “Ayaks” komandalarının əfsanələri arasında keçiriləcək rəmzi oyunda İngiltərə nəhənginə rəhbərlik edəcək.
Təcrübəli mütəxəssis hər zaman Mersisayd təmsilçisinə azarkeşlik etdiyini və nə vaxtsa bu komandanın baş məşqçisi olmaq istədiyini bildirib. Ötən ay Erikssonda onkoloji xəstəlik aşkarlandıqdan sonra “Liverpul” fanatları onun əfsanələr komandasına rəhbərlik etməsi ilə bağlı aksiya başladıblar. Nəticədə klub rəhbərliyi həm baş məşqçinin, həm də tərəfdarların arzusunu gerçəkləşdirib.
Qeyd edək ki, 2001-2006-cı illərdə İngiltərə millisində işləmiş Sven-Yoran Eriksson Portuqaliyanın “Benfika”, İtaliyanın “Roma”, “Latsio” və İngiltərənin “Mançester Siti” kimi önəmli klublarının da baş məşqçisi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]