Liviya münaqişəsinin tərəfləri BMT-nin vasitəçiliyi ilə Cenevrədə danışıqlar aparır
Qahirə, 2 fevral, AZƏRTAC
Cenevrədə BMT-nin vasitəçiliyi ilə Liviya Siyasi Dialoq Forumu çərçivəsində danışıqlar aparılır. Tərəflər Prezident Şurasının üç üzvü və keçici hökumətin başçısının namizədliyini müzakirə edirlər.
AZƏRTAC xəbər verir ki, 2011-ci ildə Müəmmar Qəddafinin qətlindən sonra Liviyada sülhün və sabitliyin bərqərar olması üçün ilk dəfə yeni vahid hökumətin formalaşması əsas şərt kimi irəli sürülüb. BMT-nin Liviya üzrə xüsusi elçisi Stefani Vilyamsın sədrlik etdiyi danışıqlarda ölkənin yeni Konstitusiyasında dair ümumxalq referendumunun keçirilməsi də gündəliyə salınıb. Yeni Baş nazirin namizədliyinə Liviyanın üç böyük bölgəsi - Tripoli, Sirenaysa və Fəzzan əyalətlərini təmsil edən 75 nümayəndənin ən azı üçdəikisi səs verməlidir. Prezident Şurasına isə 24 nəfərin namizədliyi irəli sürülüb. Onların arasında ən şanslısı şərq əyalətləri parlamentinin sədri Aquila Saleh və Tripoli Hökumət Şurasının başçısı Xalid əl-Meşri göstərilir. Baş nazir postuna namizədlər arasında Milli Razılıq Hökumətinin sədr müavini Əhməd Meitiq və daxili işlər naziri Fəthi Başaqa var.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]