Lixtenşteyn Knyazı adından keçirilən rəsmi qəbulda Azərbaycan səfiri də iştirak edib
Bakı, 12 yanvar, AZƏRTAC
Vaduz Qəsrində Lixtenşteyn Knyazı II Hans-Adamın adından Yeni il münasibətilə təşkil edilən rəsmi qəbulda Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Əkrəm Zeynallı da iştirak edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, rəsmi qəbul çərçivəsində Knyaz II Hans-Adam və Şahzadə Alois ilə görüşən Əkrəm Zeynallı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Yeni il təbriklərini çatdırıb.
Salamlarına və xoş arzularına görə dövlətimizin başçısına minnətdarlıq edən Knyaz II Hans-Adam onun da salamlarının və Yeni il münasibətilə xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]