London Fond Birjası “Refinitiv”i 27 milyard dollara alıb
Bakı, 1 avqust, AZƏRTAC
London Fond Birjası (LSE) şirkətlər, banklar və investorları xəbərlər, məlumatlar və analitik informasiyalarla təmin edən “Refinitiv”i 27 milyard dollara alıb.
AZƏRTAC LSE-yə istinadla xəbər verir ki, London Fond Birjası “Refinitiv”i borcları da daxil olmaqla 22 milyard funt sterlinqə (27 milyard dollara) alıb.
“Bu, satınalma London Fond Birjasının strateji əhəmiyyəti üçün dönüş nöqtəsidir”, - deyə LSE-nin rəhbəri Don Robert bildirib.
Xatırladaq ki, “Blackstone Group” keçən il “Thomson Reuters”in maliyyə və risk bölməsini (55 faizlik payı) 20 milyard dollara almış və adını “Refinitiv” olaraq dəyişmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]