London meri: Britaniya 2050-ci ilə qədər yenidən Avropa İttifaqına qayıda bilər
Bakı, 24 iyun, AZƏRTAC
Müxalifətdəki Leyboristlər Partiyasını təmsil edən London meri Sadiq Xan hesab edir ki, Böyük Britaniya 2050-ci ilə qədər yenidən Avropa İttifaqına qayıda bilər.
AZƏRTAC xəbər verir ki, Sadiq Xan bu barədə cümə günü İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində bildirib.
“Mən buna həqiqətən inanıram. Düşünürəm ki, növbəti 10 il ərzində yenidən bu məsələ ilə bağlı çoxlu müzakirələr aparılacaq. Bu, Böyük Britaniyanın quruma qoşulduğu 1970-ci illərdə olduğu kimi uzun prosesdir”, - Xan deyib.
Son ictimai rəy sorğuları göstərir ki, leyboristlər populyarlıq baxımından hakim Mühafizəkarlar Partiyasını qabaqlayır və 2024-cü ilin sonunadək ölkədə keçiriləcək parlament seçkilərində qalib gəlmək şansı yüksəkdir. Partiyanın rəsmi proqramında Krallığın Aİ-yə qaytarılması yox, Aİ ilə daha sıx əməkdaşlıq nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]