Londonda 4,5 milyon funt sterlinqlik tarixi malikanə yanaraq məhv olub
London, 26 may, AZƏRTAC
Londonda XVIII əsrə aid, II dərəcəli tarixi abidə statusuna malik olan “Hollybush House” adlı malikanə güclü yanğın nəticəsində tamamilə məhv olub.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, hadisə bazar ertəsi gecə saat 01:00 radələrində Londonun Barnet bölgəsində baş verib.
Yanğını söndürmək üçün əraziyə 70 yanğınsöndürən cəlb olunub. London Yanğın Xidmətinin məlumatına görə, yanğın nəticəsində malikanənin dam örtüyü, birinci və aşağı mərtəbəsi çöküb. 9 otaqlı, 4,5 milyon funt sterlinq dəyərində olan bu ev 2020-ci ildə alınıb və hadisə baş verən zaman təmir işləri aparılırmış.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbi araşdırılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]