Londonda PKK ilə bağlı fəaliyyətdə şübhəli bilinən altı nəfər saxlanılıb
London, 27 noyabr, AZƏRTAC
Londonda terrorla mübarizə çərçivəsində PKK ilə bağlı fəaliyyətdə şübhəli bilinən altı nəfər saxlanılıb
AZƏRTAC xəbər verir ki, Metropoliten polisinin terrorla mübarizə komandanlığı tərəfindən səhər saatlarında Londonda müxtəlif ünvanlarda keçirilən əməliyyat zamanı altı nəfər 2000-ci il Terrorizm Aktının 41(1)-ci maddəsinə əsasən saxlanılıb. Saxlanılanlar hazırda Londondakı polis bölməsində nəzarətdədirlər.
Araşdırma çərçivəsində zabitlər Londonda səkkiz ünvanda, o cümlədən Londonun şimalında yerləşən Harinqey Kürd Cəmiyyətində axtarış aparırlar. Mərkəz və ətraf ərazi hüquq-mühafizə orqanlarının işini davam etdirdiyi müddətdə ictimaiyyət üçün bağlı olacaq.
Bildirilib ki, növbəti günlərdə bölgədə polis patrulları artırılacaq və narahatlıq keçirən ictimaiyyət nümayəndələri ilə danışmaq üçün əlavə zabitlər ərazidə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]