Londonda və digər şəhərlərdə texniki nasazlıq səbəbindən təyyarə reysləri dayandırılıb
London, 30 iyul, AZƏRTAC
Böyük Britaniyada hava nəqliyyatında ciddi texniki nasazlıq yaşanır.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, Londonun Hitrou, Qatvik və London Siti hava limanlarında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Milli Hava Hərəkəti Xidməti (NATS) bildirib ki, təhlükəsizliyi təmin etmək məqsədilə Londonun hava nəzarət zonasında uçuşların sayı məhdudlaşdırılıb. Nasazlığın NATS-ın Svanvikdə yerləşən hava nəzarət mərkəzindəki texniki problemdən qaynaqlandığı qeyd olunub. Londonun Qatvik hava limanından verilən açıqlamada bildirilir ki, hazırda hava limanından heç bir təyyarə havaya qalxmır və problem aradan qaldırılanadək bütün uçuşlar dayandırılıb. Gələn reyslər isə davam edir. Sərnişinlərə öz hava yolları ilə əlaqə saxlayaraq reys statusunu yoxlamaları tövsiyə olunur.
Oxşar vəziyyət Şotlandiyanın Edinburq hava limanında da müşahidə olunur. Burada da bütün uçuşlar dayandırılıb və əlavə məlumat üçün gözlənilir. Hazırda nasazlığın nə vaxt aradan qaldırılacağı məlum deyil. NATS və hava limanları problemi aradan qaldırmaq üçün birgə çalışdıqlarını bildiriblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]