Londonun “Courtauld Gallery” qalereyasında Frank Auerbaxın rəsmlərindən ibarət sərgi açılıb
Bakı, 14 fevral, AZƏRTAC
Kurto (Courtauld Gallery) qalereyasında açılmış “Frank Auerbax: Kömür başlar” sərgisi hazırda həyatda olan dünyanın ən məşhur rəssamlarından birinin erkən şah əsərlərini görmək üçün unikal imkan bəxş edəcək və mayın 27-dək davam edəcək.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Frank Auerbaxın 23 heyranedici gözəl, miqyaslı rəsmlərindən ibarət silsilə eksponatı ilk dəfədir təqdim olunub.
“London məktəbi”nin nümayəndələri adlandırılan rəssamlar Britaniya incəsənətində demək olar ki, ən çox diqqətəlayiq olaraq qalırlar. Bu, müharibədən sonrakı alfa-yalqızlar (Frensis Bekon, Lüsyen Freyd, Frank Auerbax və digərləri) altmışıncı illərdə populyarlıq enişi yaşayıblar. Lakin 1970-ci illərdə - dirçəliş prosesindən bəri onların britaniyalı müasir ustadlar statusu yüksək sənətin tanıdılması dərəcəsinə qədər artmağa davam edib.
Müasir rəqəmsal texnologiyalar dövründə - bəzilərinin onların aktuallığına şübhə ilə yanaşdığı bir vaxtda, hətta ən ədəbsiz insan belə həyatda olanların sonuncusu Frank Auerbaxın sənətinə tam ehtiramını bildirməlidir. O, 92 yaşında da hər gün çalışır. Auerbax hələ də 1950-ci illərdən bəri Kemden-Taundakı həmin studiyada işləyir.
“Frank Auerbax: Kömür başlar” sərgisində rəssamın 1950-ci və 1960-cı illərin əvvəlində çəkdiyi qeyri-adi rəsmlər ilk dəfə olaraq vahid qrupda təqdim ediləcək. Bu, müharibədən sonrakı dövrün London təsviri sənətinin ən yaxşı məktəbinin nümunəsidir.