“Los-Anceles 2028” Yay Paralimpiya Oyunlarının proqramına 22 idman növü daxil edilib
Bakı, 31 yanvar, AZƏRTAC
2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarının idman proqramı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsinin qərarı ilə Oyunların proqramına 22 idman növü - parabadminton, boccia, futbol (tam görmə məhdudiyyətli şəxslər), qolbol, paracüdo, parakanoe, paraatçılıq, masaüstü tennis, əlil arabasında tennis, əlil arabasında qılıncoynatma, əlil arabasında basketbol, kamandan oxatma, paraatletika, parapauerliftinq, oturaq voleybol, paraüzgüçülük, paraavarçəkmə, güllə atıcılığı, parataekvondo, paratriatlon, əlil arabasında reqbi və paravelosiped daxil edilib.
Qeyd edək ki, “Los-Anceles 2028” XVIII Yay Paralimpiya Oyunları 2028-ci il avqustun 22-dən sentyabrın 3-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]