Luis Suares əlbəyaxa dava zamanı bilmədən komanda yoldaşının barmağını dişləyib
Bakı, 14 aprel, AZƏRTAC
KONKAKAF Çempionlar Kubokunun 1/4 finalında “İnter Mayami” və “Los Anceles” kollektivləri arasında keçirilmiş cavab qarşılaşmasında (3:1) maraqlı hadisə baş verib.
AZƏRTAC xəbər verir ki, iki klubun futbolçuları arasında əlbəyaxa dava zamanı meydan sahiblərinin hücumçusu Luis Suares bilmədən komanda yoldaşı Jordi Albanın barmağını dişləyib. 38 yaşlı uruqvaylı oyunçu J.Albanı rəqib komandanın futbolçusu ilə səhv saldığı üçün bu addımı atıb.
L.Suares daha əvvəl də müxtəlif illərdə Otman Bakkala, Branislav İvanoviç və Corcio Kyellinini dişləyərək zədələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]