Lüksemburqda dövlət büdcəsi layihəsinin təqdimatı dörd aydır gecikir
Lüksemburq, 6 mart, AZƏRTAC
Lüksemburqda 2019-cu il üçün dövlət büdcəsi layihəsi deputatlar palatasının müzakirəsinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu il parlament seçkiləri ilə əlaqədar dövlət büdcəsi layihəsinin təqdimatı həmişəkindən dörd ay gecikib.
Cari ilin büdcə layihəsində minimum əməkhaqqının ayda 100 avro artırılması, ümumi sərmayələrin, eləcə də benzin və dizel yanacağı üçün vergilərin artması nəzərdə tutulur.
“Uzaqgörənlik, davamlılıq, bərabərlik, sosial birlik və rəqabətqabiliyyətlilik” adlanan büdcə layihəsi 632 milyon avro və ya ümumi daxili məhsulun 1 faizi həcmində müsbət saldo ilə proqnozlaşdırılıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, bu artım 2022-ci ilə qədər 1,4 milyard avroya və ya ümumi daxili məhsulun 2 faizi səviyyəsinə çatmalıdır. Müsbət saldoya baxmayaraq, 2019-cu ildə mərkəzi administrasiyada 650 milyon avro dəyərində itki olacağı proqnozlaşdırılır.
Büdcə layihəsində aksiz vergisinin benzinin litri üçün 0,01 avro, dizel yanacağının litrinə görə isə 0,02 avro artacağı nəzərdə tutulub.
Dövlət büdcəsi layihəsinin aprel ayında qəbul olunacağı bildirilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]
Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub
- 18.06.2026 [12:02]