RƏSMİ XRONİKA
LÜKSEMBURQUN BÖYÜK HERSOQU ƏLAHƏZRƏT ANRİYƏ
Əlahəzrət,
Ölkənizin milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Lüksemburq arasında yaranmış münasibətlərin inkişafı daim dostluq və əməkdaşlıq zəminində davam edəcəkdir.
Bu xoş məqamda Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 iyun 2007-ci il.