Macarıstan Mərkəzi Bankı ilə əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əliyar Məmmədyarov bankın nümayəndə heyətinin illik toplantılarda iştirakı çərçivəsində Macarıstan Mərkəzi Bankının sədr müavini Barnabas Viraq ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, eləcə də qarşılıqlı təlim və təcrübə mübadiləsi səfərlərinin təşkil olunması yüksək qiymətləndirilib.
Görüş zamanı ölkələr arasında mövcud iqtisadi əlaqələr, makroiqtisadi vəziyyət və maliyyə sektorları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:55]
“AzerGold” Dövlət Proqramı çərçivəsində 4 strateji layihə həyata keçirəcək
- 24.09.2026 [16:54]
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək
- 24.09.2026 [16:23]
® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir
- 24.09.2026 [16:10]
® “Bakcell”də hədiyyə mövsümü başladı
- 24.09.2026 [16:01]