“MACARISTAN QƏHRƏMANLARI” MEMORİALINDA ƏKLİLQOYMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Budapeştin mərkəzində yerləşən “Macarıstan Qəhrəmanları” memorialına əklil qoymuşdur.
Memorialın yerləşdiyi meydan XIX əsrin sonlarında, indiki parlament binasının tikildiyi vaxt salınmışdır. Macarıstanın azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə aparmış bütün milli qəhrəmanların burada heykəlləri qoyulmuşdur. Bu meydan həm də ölkənin azadlıq rəmzi kimi də qəbul olunur.
Azərbaycanın və Macarıstanın dövlət bayraqlarının asıldığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev meydanda ucaldılmış abidə kompleksinin önünə əklil qoydu.
######
![]() |
![]() |
![]() |


