Macarıstanda anomal istilər qatarların hərəkətini iflic edə bilər
Budapeşt, 31 iyul, AZƏRTAC
Macarıstanda davam edən anomal istilər dəmir yolu nəqliyyatının fəaliyyətinə ciddi təsir göstərməkdədir.
AZƏRTAC xəbər verir ki, ölkənin dövlət dəmir yolu operatoru “MÁV” yüksək temperaturun relslərə və müasir qatarların texniki sistemlərinə mənfi təsir göstərdiyini açıqlayıb.
Bəzi marşrutlarda qatarların sürəti təhlükəsizlik məqsədilə azaldılıb, bu isə gecikmələrə səbəb olur.
Mütəxəssislərin sözlərinə görə, temperaturun 40 dərəcəni keçməsi relslərin deformasiyası və avadanlıqların sıradan çıxması riskini artırır. Son günlər bir sıra müasir “FLIRT” qatarlarında da nasazlıqlar qeydə alınıb.
“MÁV” sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və hərəkət cədvəlində mümkün dəyişiklikləri izləməyi tövsiyə edir.
Sinoptiklər yaxın günlərdə də isti hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]