Macarıstanda istehlak qiymətləri sürətlə artır
Budapeşt, 6 avqust, AZƏRTAC
Macarıstanın Mərkəzi Statistika İdarəsinin məlumatına görə, iyun ayında sənaye və kənd təsərrüfatı məhsullarının illik qiymət artımı 3,1 faiz olub. Bu, may ayı ilə müqayisədə 1,7 faiz çoxdur.
AZƏRTAC Macarıstanın MTI agentliyinə istinadla xəbər verir ki, koronavirus pandemiyası bazarlara və valyuta mübadilə məzənnələrinə ciddi təsir göstərib. Aprel ayından bəri daxili bazarda qiymətlər artmaqdadır. Bu halda idxal qiymətləri 1,1 faiz azalıb, ixrac qiymətləri isə 5,2 faiz artıb.
Cari ilin əvvəlindən ixrac qiymətləri daha yüksək sürətlə artır. Bu, mübadilə məzənnələrinin təsiri üzündən baş verir. Nəqliyyat avadanlığı, kompüter, elektronika və optika məhsulları seqmentində qiymətlərin daha çox artması müşahidə olunur. Ərzaq məhsulları, içkilər və tütün məmulatı seqmentində artım bir qədər aşağıdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:32]
İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib
- 10.06.2026 [13:24]
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
- 10.06.2026 [13:19]
Qlobal LNG ticarəti ötən il 5 faiz artıb
- 10.06.2026 [13:18]