Macarıstanda maskanı düzgün taxmamağa görə cərimə tətbiq olunacaq
Budapeşt, 10 sentyabr, AZƏRTAC
Macarıstan paytaxtının və Mişkolts şəhərinin hökumət orqanları bələdiyyə ictimai nəqliyyatından istifadə zamanı qoruyucu maskanın olmamasına görə cərimənin məbləğini artırıblar.
AZƏRTAC xəbər verir ki, indi qanunu pozanlar əvvəlkindən 50 faiz çox pul ödəməli olacaqlar.
Həmçinin bildirilir ki, cərimələr yalnız maskanın olmamasına görə deyil, həm də onların düzgün taxılmamasına görə tətbiq olunacaq. Yeri gəlmişkən, əgər maska üzə taxılıb, burunu örtməyəcəksə, o zaman maskanın olmaması halı kimi eyni məbləğdə cərimə ödəniləcək. Beləliklə, maskanın düzgün geyinilməməsi onun olmamasına bərabər tutulur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]