Macarıstanda onkoloji xəstəliklərin erkən aşkar olunması üçün pulsuz dövlət proqramına start verilib
Budapeşt, 19 sentyabr, AZƏRTAC
2025-ci ilin sentyabrından Macarıstanda böyüklər arasında onkoloji xəstəliklərin erkən aşkarlanmasına yönəlmiş yeni profilaktik müayinələr proqramı fəaliyyətə başlayıb. Bu təşəbbüs Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir və tamamilə dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu barədə AZƏRTAC yerli mediaya istinadla xəbər verir.
Proqram iki əsas istiqaməti əhatə edir: qadınlar üçün mammoqrafik və ginekoloji müayinələr, kişilər üçün isə həzm sistemi xəstəlikləri, o cümlədən kolorektal xərçəngin skrininqi.
Müayinələr dövlət poliklinikalarında və ölkənin ucqar bölgələrinə gedən mobil səyyar diaqnostika mərkəzlərində həyata keçirilir. Lazımi analizlər və mütəxəssis məsləhətləri daxil olmaqla bütün prosedurlar pulsuzdur.
Səhiyyə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, proqramın əsas məqsədi xərçəngin erkən aşkarlanması və müalicəyə kliniköncəsi mərhələdə başlanması yolu ilə ölüm hallarını azaltmaqdır.
Proqram 2026-cı ilin sonuna qədər pilot rejimdə fəaliyyət göstərəcək və sonra digər əhali qruplarının da əhatə edilməsi planlaşdırılır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]